OYU - loader

Odlar Yurdu Universitetinin tələbələri Mikrobiologiya İnstitutunda aparılan tədqiqatlarla tanış olublar

Odlar Yurdu Universiteti ilə Azərbaycan Milli Elmlər Akademiyasının Mikrobiologiya İnstitutu arasında mövcud əməkdaşlıq və işgüzar münasibətlər ümumilikdə təhsil sisteminə olduqca müsbət təsir göstərir. Belə ki, Odlar Yurdu Universitetinin Biologiya ixtisası üzrə I kurs tələbələri Mikrobiologiya İnstitutunda aparılan tədqiqatlarla tanış oldular. Görüş zamanı tələbələrə İnstitutun fəaliyyət istiqamətləri, aparılan elmi-tədqiqat işləri, beynəlxalq əlaqələri haqqında ətraflı məlumat verilib. Tələbələr həmçinin laboratoriyalardakı müasir avadanlıqlarla tanış olublar.