OYU - loader

Odlar Yurdu Universitetində “Gələcəyin təhsili: yeniliklərin tətbiqi və müasirlik” adlı beynəlxalq Forum keçirilmişdir

Odlar Yurdu Universitetində Amerikanın San-Diego Dövlət Universiteti, Avstraliyanın Dubay şəhərində fəaliyyət göstərən Wollongong Universiteti, Şimali Kipr Türk Respublikası Girnə Amerikan Universiteti, Türkiyənin Oxur-Yazar Dərnəyi, Odlar Yurdu Universiteti və Study in Azerbaijan şirkətinin dəstəyi ilə “Gələcəyin təhsili: yeniliklərin tətbiqi və müasirlik” adlı beynəlxalq Forum keçirilmişdir.

Konfrasın açılışında Azərbaycan Respublikasının Prezidenti Yanında Bilik Fondunun icraçı direktoru Oktay Səmədov, Odlar Yurdu Universitetinin rektoru professor Əhməd Vəliyev, Qlobal Karyera İnstitutunun direktoru Orxan Həsənoğlu, Azərbaycan Dövlət Pedaqoji Universitetinin prorektoru Eldar Aslanov, San-Diego Dövlət Universitetinin professoru Pietera Fraser, Wollongong Universitetinin Prezidenti professor Mohammed Salam, Türkiyədə fəaliyyət göstrərən Oxur-Yazar Dərnəyinin sədri, yazıçı və təhsil eksperti Sərkan Erkmən, tanınmış İKT mütəxəssisi Onur Ünsalan və.s  natiqlər mühazirələr söyləmiş və təqdimatlar etmişlər.

Konfransın əsas məqsədi ölkəmizdə və dünyada təhsil sektorunda baş verən yeniliklər, gələcəkdə təhsil sektorunda gözlənilən yeniliklər, müasir informasiya texnologiyalarının təhsildə tətbiqi, dünyanı gözləyən yeni strategiyalardır. Xaricdən konfransa qatılan qonaqlar ölkəmizdə fəaliyyət göstərən təhsil işçiləri ilə öz fikirlərini bölüşmüş, qarşılıqlı olaraq təcrübənin tətbiqi və öyrənilməsinə dair fikir mübadiləsi etmişlər. Konfrans zamanı Azərbaycanda son illərdə aparılan uğurlu təhsil strategiyası və bu sahədə həyata keçirilən islahatlar müzakirələr aparılmışdır.

Tədbirdə ölkəmizdə fəaliyyət göstərən təhsil müəssisələrinin əməkdaşları, tələbələr, QHT nümayəndələri, KİV təmsilçiləri və təhsilə marağı olanlar iştirak etmişdir. 
Konfrans iştrakçıları sonda beynəlxalq Sertifikatla təltif olunmuşdur.