OYU - loader

Odlar Yurdu Kollecində 2017-2018-ci tədris ilinin yekunlarına həsr olunmuş valideyn iclası keçirildi

Odlar Yurdu Kollecində 2017-2018-ci tədris ilinin yekunlarına həsr olunmuş valideyn iclası keçirildi. İclasda kollec rəhbərliyi tədris ilinin yekunları və tədris ilində qarşıya qoyulan məqsədləri valideynlərin diqqətinə çatdırdı. Tələbələrin dərsə davamiyyəti və kollecdə keçirilən monitorinqlərin nəticələri haqqında valideynlər məlumatlandırıldı. Kollecin direktoru Günel Cəfərova tələbələrin təhsildə uğurlu nəticə əldə etməsi üçün valideynlə olan əlaqələrin nə qədər böyük əhəmiyyətə malik olduğunu iclas iştirakçılarının diqqətinə çatdırdı, dərsə davamiyyətin, elmə marağın, kollecin daxili nizam-intizam qaydalarının qorunması prosesində gördüyü işlərdən danışdı
Sonda kollec rəhbərliyi tərəfindən valideynləri maraqlandıran suallar cavablandırıldı.