OYU - loader

“Kurikulumun əsasları” fənnindən açıq dərs keçirilmişdir

Odlar Yurdu Universitetində Dillər kafedrasının müəlliməsi Xanpaşayeva Mətanətin rəhbərliyi ilə I təhsil ilinin 942X qrupunun tələbələri üçün “Kurikulumun əsasları” fənnindən açıq dərs keçirilmişdir. Dərsdə tələbələr qruplara ayrılaraq onlara verilən sualları cavablandırmağa çalışıb və təhsilin məzmununun və təlim strategiyalarının zamanın və cəmiyyətin tələblərinə uyğunluğu, təlimin nəticələrinin, standartlarının əvvəlcədən müəyyənləşdirilməsi və təlimin nailiyyətlərinin onlara istiqamətləndirilməsi, bütün tələbələrə öz idrak potensialından istifadə etmək, şəxsi qabiliyyətlərini inkişaf etdirmək və s. barədə maraqlı təqdimatlar nümayiş etdiriblər.

Sonda dərs rəhbərlik tərəfindən müzakirə olundu və yüksək qiymətləndirildi.