OYU - loader

Odlar Yurdu Universitetində Konstitusiya günü münasibətilə tədbir keçirildi  

 

Odlar Yurdu Universitetinin akt zalında Konstitusiya günü münasibətilə tədbir keçirildi. Tədbirdə çıxış edən Odlar Yurdu Universitetinin rektoru professor Əhməd Vəliyev konstitusiyanın cəmiyyətin təhlükəsizliyinin qorunmasında, inkişafa, rifaha nail olunmasında, həmçinin digər cəmiyyətlərlə qarşılıqlı münasibətlər qurmasında əsas vasitə olduğunu bildirərək bu ali qanunvericilik aktının qəbulunu xalqımızın növbəti nailiyyətlərindən, tariximizin ən parlaq hadisələrindən biri kimi qiymətləndirmişdir,

Çıxış edən tələbələr bugünkü müstəqilliyimizin təmin olunmasında Ümummilli Lider Heydər Əliyevin apardığı uğurlu və əvəzolunmaz xidmətlərindən danışdılar. Milli dövlətçiliyimizin formalaşması və inkişafında ulu öndərin müstəsna xidməti və əhəmiyyəti olduğu bildirilmiş, əsas konstitusiya qanununun qəbul olunmasından ötən dövrdə Azərbaycanda demokratik və hüquqi dövlət quruculuğu sahəsində böyük uğurların qazanıldığı, mühüm qanunvericilik aktlarının qəbul edildiyi xüsusi vurğulanmışdır.

Daha sonra tələbələrin ifasında şeirlər, mahnılar səsləndirildi.