OYU - loader

Odlar Yurdu Universitetinin müəllimləri Doktorantların və gənc tədqiqatçıların XXII Respublika elmi konfransında iştirak edib

Noyabrın 22-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Doktorantların və gənc tədqiqatçıların XXII Respublika elmi konfransının açılış mərasimi keçirilib. Konfrans çərçivəsində öncə ADPU-nun məzunları olmuş xalqımızın dünya şöhrətli alimləri – akademik Yusif Məmmədəliyevin, akademik Zahid Xəlilovun, akademik Həsən Abdullayevin adlarını daşıyan auditoriyaların açılış mərasimi keçirilib. Auditoriyaların açılış mərasimində ümummilli lider Heydər Əliyevin 95 illik yubileyinə həsr edilmiş riyaziyyat, fizika, kimya, biologiya və informatika üzrə olimpiadaların qaliblərinə diplomlar təqdim edilib. Sonra ADPU-nun Böyük Akt zalında konfransın açılış mərasimi keçirilib. Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni ifa edilib.

Konfransın açılış mərasimində təhsil naziri Ceyhun Bayramov, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Akif Əlizadə, Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun icraçı direktoru Elçin Babayev, ali təhsil müəssisələrinin rəhbərləri, respublikanın tanınmış alimləri, doktorantlar və gənc tədqiqatçılar iştirak edib.

Odlar Yurdu Universitetinin elmi işlər üzrə prorektoru prof. Tərlan Abdullayev və bir qrup müəllim heyəti konfransda uğurla iştirak edib və elmi məruzələrlə çıxış edib.