OYU - loader

Odlar Yurdu Universitetinin tələbələri Tələbə Təcrübə proqramı barədə məlumatlanıblar  

 

Standard Insurance Siğorta Şirkəti “Karyerada ilk addımlar” layihəsi çərçivəsində Tələbə Təcrübə proqramı barədə Odlar Yurdu universitetinin tələbələri ilə görüş keçirmişdir. Görüşün əsas məqsədi əsas məqsədi təhsil müəssisələri ilə əməkdaşlığın təşkili, peşəkar istiqamətləndirmə, sığorta və maliyyə işində ixtisaslaşan tələbələrə dəstək verilməsidir.

Tələbə Təcrübə proqramı sayəsində tələbələr tam olaraq iş prosesinə daxil olub, sığorta şirkətinin fəaliyyət mexanizmi ilə tanış olacaqlar. Eyni zamanda iştirakçılar təhsil aldıqları zaman əldə etdikləri nəzəri bilikləri təcrübədə tətbiq etmək imkanı əldə edəcəklər.

Həmçinin Tələbə Təcrübə Proqramı çərçivəsində tələbələr şirkətin iş xüsusiyyətlərini öyrənəcək, təcrübi tapşırıqları yerinə yetirəcək, sığorta məhsullarının satışı texnologiyası, siğorta hadisələrinin tənzimlənməsi sahəsində biliklər, eləcə də risklərin idarə edilməsi üzrə ixtisaslaşdırılmış məsləhətlər əldə edəcəklər.

Sonda şirkət tələbələrə müvafiq sertifikat təqdim edəcək. Xüsusi seçilən tələbələr şirkətdə daimi işə düzəlmək və uğurlu karyera qurmaq fürsəti əldə edəcəklər.

Tədbirdə tələbələri maraqlandıran suallar cavablandırılıb.

Qeyd edək ki, Odlar Yurdu Universiteti ilə ASC “Standard İnsurance” Sığorta Şirkəti arasında qarşılıqlı əməkdaşlığa dair əməkdaşlıq müqaviləsi imzalanmışdır

Müqavilənin məqsədi tərəflərin təlim və istehsalat bazasının, təcrübəli ixtisaslı kadrlarının mövcudluğunu, habelə müvafiq sahələrdə bilik və bacarıqlarının inkişaf etdirilməsinin zəruriliyini nəzərə alaraq, Odlar Yurdu Universitetinin tələbələrinin ASC “Standard İnsurance” Sığorta Şirkətinin fəaliyyəti, şirkətdə mövcud vəzifələr haqda məlumatlanmaları, təcrübəçinin bilik və bacarıqlarının daim artırılması məqsədilə  razılaşdırılmış ixtisaslar üzrə kadr hazırlığını təşkil etmək və gələcək kadr ehtiyaclarının ödənilməsi istiqamətində birgə fəaliyyət göstərmək, tələbələrin şirkətin  bazasında istehsalat təlimi və təcrübəsinin keçmələrinə şərait yaratmaq, müxtəlif istiqamətlər üzrə tədris plan və proqramlarını (kurikulumları) birgə hazırlamaq, şirkətin peşəkar mütəxəssislərinin peşə təhsili müəssisələrində tədris prosesinə cəlb edilməsini təmin etmək, habelə birgə konfransların, seminarların və digər proqramların həyata keçirilməsini təşkil etməkdir.