OYU - loader

Odlar Yurdu Universitetinin tələbələri üçün Avropada Qış Kampı seminarı keçirildi  

 

Odlar Yurdu Universitetində Avropa Birliyinin dəstəyi ilə fəaliyyət göstərən Euroweek Fundasiyasının Azərbaycanda yaradılmış nümayəndəliyi olan “Euroweek Azerbaijan” tərəfindən Avropada Qış Kampı barədə tələbələr üçün məlumatlandırıcı seminar keçirildi.

Seminarda qeyd edildi ki, Avropada Qış Kampı Avropanın Euroweek şirkəti ilə əməkdaşlıq çərçivəsində aparılır.  Euroweek artıq 23 ildən artıqdır ki, dünyanın müxtəlif ölkələrindən yarım milyon insanı bir araya gətirib.  Avropada Qış Kampının məqsədi hər bir iştirakçının zəkasını şaxələndirmək və inkişaf etdirmək üçün intensiv təlimlər və seminarlar keçməklə, müxtəlif ölkələrə gəzintilər təşkil etməkdir. Bundan əlavə tələbələr bu kampa qatılmaqla yüzlərlə müxtəlif ölkələrdən olan iştirakçılar ilə bir arada olaraq əhatə dairəsini, dünya görüşünü genişləndirmiş olacaq.