OYU - loader

Türkiyə uşaq ədəbiyyatının sevilən yazıçısı Odlar Yurdu Universitetində

Türkiyə uşaq ədəbiyyatının tanınmış simalarından Gülten Dayıoğlu Odlar Yurdu Universitetində qonaq olmuşdur. İlk öncə çıxış edən Odlar Yurdu Universitetinin Beynəlxalq əlaqələr və innovasiyalar üzrə prorektoru Dos. Ceyhun Osmanlı tədbir iştirakçılarına Gülten Dayıoğlunun həyatı haqqında ətraflı məlumat verdi. Bildirdi ki, Gülten Dayıoğlunun əsərləri və şəxsiyyəti xalq arasında, gənc və yaşlı oxucular içərisində çox sevilir və Gülten Dayıoğlu yazdığı şeirlərlə milyonlarla uşağın taleyini müsbət yöndə dəyişdirməyi bacarıb.
Səmimi qəbula və qonaqpərvərliyə görə təşəkkür edən Gülten Dayıoğlu tələbələrlə görüşünün onun üçün böyük şərəf və qürurverici olduğunu deyərək, Odlar Yurdu Universitetində olmaqdan məmnun olduğunu söylədi. O, qeyd elədi ki, gələcəyin layiqli vətəndaşını yetişdirmək və tərbiyə etmək üçün ən dəyərli vasitələrdən biri də günün tələblərinə cavab verən, mənsub olduğun ölkənin ideologiyasına, həm də müasir dövrün tələblərinə uyğun əsərlər yazmaqdır.
Daha sonra qonağa Odlar Yurdu Universitetinin Fəxri Qonağı Diplomu təqdim olundu.
Tədbirin sonunda qonaq tələbələri maraqlandıran sualları cavablandırdı.