OYU - loader

Odlar Yurdu Universitetində Ankara Universiteti ilə birgə yaradılan TÖMER Mərkəzində ilk imtahan keçirildi

Odlar Yurdu Universitetində Ankara Universiteti ilə birgə yaradılan TÖMER Mərkəzində ilk imtahan keçirildi.
 
Türkiyə universitetlərində təhsil almaq istəyənlər artıq türkcə hazırlıq kursunu Azərbaycanda Odlar Yurdu Universitetinin TÖMER Mərkəzində oxuya bilərlər.
 
Qeyd edək ki, məzunlara verilən TÖMER sertifikatı Türkiyədə tanınır. Abituriyentlər və ya bakalavr pilləsində təhsil alan tələbələr burdan TÖMER sertifikatını almaqla, Türkiyədə bakalavr və ya magistr təhsili aldıqları zaman 1 il türkçə oxumaqdan azad olunur.
 
C1 dərəcəsi verəcək ilk imtahana 38 tələbə qatılmışdır. İmtahan Ankara Universitetinin nümayəndəsinin iştirakı ilə təşkil edilmişdir. Qeyd edək ki, bu Azərbaycanda ali təhsil müəssisələri arasında yaradılmış ilk mərkəzdir.