OYU - loader

İstanbul Okan Universitetinin nümayəndə heyəti OYU-da

İstanbul Okan Universitetinin prorektoru prof. Güner Gürsoy və Beynəlxalq əlaqələr ofisinin direktoru Sənəm Acabay Odlar Yurdu Universitetinin qonağı olub.
Odlar Yurdu Universitetinin Beynəlxalq əlaqələr və innovasiyalar üzrə prorektoru dos. Ceyhun Osmanlı qonaqları universitetdə görməkdən məmnun olduqlarını bildirib. Görüşdə Ceyhun Osmanlı Azərbaycan və Türkiyə arasındakı əməkdaşlığın mühüm əhəmiyyət kəsb etdiyini, bu əlaqələrin iki ölkə arasında təhsilin keyfiyyətinin yaxşılaşdırılmasına da öz töhfəsini verdiyini bildirmişdir.
Səmimi qəbula və qonaqpərvərliyə görə təşəkkürünü bildirən və Azərbaycanda olmaqdan məmnun olduqlarını dilə gətirən qonaqlar Odlar Yurdu Universiteti ilə əməkdaşlıq imkanlarını nəzərdən keçirib, yeni layihələr üzərində işləmək istədiklərini bildiriblər.
Görüş zamanı ikitərəfli əməkdaşlıq imkanları, həmçinin birgə layihələrin həyata keçirilməsi, proqramların tərtibatı, iki universitet arasında tələbə mübadiləsi, ikili diplom proqramı və s. barədə müzakirələr aparılıb, bir sıra məsələlərlə bağlı ilkin razılıq əldə olunub.
Daha sonra bir sıra mühüm mövzular ətrafında fikir mübadiləsi aparılıb.
Sonda Prof. Güner Gürsoy tərəfindən Odlar Yurdu Universiteti Peşəkar İnkişaf Klubu (PİK) üzvlərinə “Yeni texnologiyalar, yeni biznes modellər: Yeni imkanlar” mövzusunda master klass keçirilmişdir və iştirakçılar Okan Universitetinin sertifikatları ilə təltif edilmişdir.