OYU - loader

Odlar Yurdu Universitetinin nümayəndə heyəti Londonda səfərdədir

Odlar Yurdu Universitetinin nümayəndə heyəti Bakı Biznes Universiteti tərəfindən hazırlanmış və Avropa Komissiyası tərəfindən təsdiq edilmiş Erasmus+ proqramı çərçivəsində “Azərbaycan Universitetlərində Keyfiyyətə Təminat Mərkəzlərinin Yaradılması və İnkişaf Etdirilməsi (EQAC)” adlı layihəsi çərçivəsində 09-16 fevral tarixlərində Londonda səfərdə olacaq.Tədbirdə Odlar Yurdu Universitetini rektor prof. Əhməd Vəliyev, Beynəlxalq əlaqələr və innovasiyalar üzrə prorektor Dos. Dr. Ceyhun Osmanlı, Dillər kafedrasının müdiri Dos. Səadət Abdurəhmanova və Keyfiyyətin Təminatı Mərkəzinin aparıcı mütəxəssisi Zaur Məmmədov təmsil edəcək.