OYU - loader

OYU “İnnovasiyalı inkişaf və iqtisadi islahatlar: əqli mülkiyyətin və texnologiyaların kommersiyalaşdırılmasının rolu” mövzusunda konfransda iştirak edib

Odlar Yurdu Universiteti Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi ilə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi arasında əməkdaşlıq haqqında memorandumun imzalanmasına həsr edilən “İnnovasiyalı inkişaf və iqtisadi islahatlar: əqli mülkiyyətin və texnologiyaların kommersiyalaşdırılmasının rolu” mövzusunda konfransda iştirak edib.

Konfransda Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanov, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirinin müavini Elmir Vəlizadə, təhsil nazirinin müavini İdris İsayev və AMEA-nın akademik katibi, İnformasiya Texnologiyaları İnstitutunun direktoru Rasim Əliquliyev, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində Yüksək Texnologiyalar Parkı MMC-nin direktoru Tural Kərimli, Dövlət Məşğulluq Xidmətinin rəisi Fuad Musayev, “Microsoft Azərbaycan”ın baş direktoru Sərxan Həşimov, “Enterpriseazerbaijan,com” portalının meneceri Aytən Məmmədova çıxış ediblər. Onlar startap layihələrinin əhəmiyyətindən, xüsusilə mikro və kiçik sahibkarlığın inkişafında rolundan danışıblar, həmin layihələrin maliyyələşdirilməsində yerli və xarici investorların rolunu vurğulayıblar.

Tədbir zamanı startap layihələrinin nümayiş etdirildiyi sərgiyə baxış keçirilib. Sərgidə Odlar Yurdu Universitetini Kompüter mühəndisliyi ixtisasının magistrantı Nəsibova Nərmin təmsil edib.