OYU - loader

Şəxsi inkişaf və reallıq mövzusunda təlim keçirilmişdir  

Odlar Yurdu Universitetinin məzunu olmuş, Orkhanway Coaching Şirkətinin təsisçisi olan Orxan Şahbazlı “Şəxsi inkişaf və reallıq” mövzusunda gənclər üçün təlim keçmişdir. Təlimdə 200-ə yaxın tələbə gənc iştirak etmişdir. Təlimdə peşəkar həyata hazırlıq, peşəkar həyat nədir?, şəxsi inkişaf, motivasiya, peşəkar həyatın sirləri kimi gəncləri düşündürən məsələlərə toxunulmuşdur.

Sonra təlimlə bağlı tələbələri maraqlandıran suallar cavablandırılmış və lider olmaq üçün təlimçi tərəfindən müəyyən məsləhət və tövsiyyələr verilmişdir. Təlim maraqlı diskussiya formasında davam etmişdir.

Sonda Odlar Yurdu Universitetinin rektoru professor Əhməd Vəliyev Orxan Şahbazlıya ictimai-siyasi və əmək fəaliyyətindəki nailiyyətlərinə görə Fəxri Fərman təqdim etmişdir.