OYU - loader

31 Mart-Azərbaycanlıların Soyqırımı gününə həsr olunmuş tədbir keçiriləcək

Martın 30-da Odlar Yurdu Universitetində 31 mart - Azərbaycanlıların soyqırımı gününə həsr edilmiş tədbir keçiriləcəkdir.

Tədbirdə mövzu ilə bağlı məruzələr dinləniləcək, erməni-daşnak-bolşevik güruhunun 1918-ci ilin martında Azərbaycanın müxtəlif bölgələrində törətdikləri soyqırımı cinayətləri haqqında geniş məlumatlar veriləcəkdir.