OYU - loader

Ankara Universiteti ilə birgə yaradılan TÖMER Mərkəzində gənclərə C1 sertifikatı təqdim olundu

Odlar Yurdu Universitetində Ankara Universiteti ilə birgə yaradılan TÖMER Mərkəzində keçirilən imtahanda müvəffəqiyyət qazanan gənclərə C1 sertifikatı təqdim olundu.

Sertifikat alan gənclər Türkiyədə bakalavr və ya magistr təhsili aldıqları zaman 1 il türkçə oxumaqdan azad olunur.

Türkiyə universitetlərində təhsil almaq istəyənlər artıq türkcə hazırlıq kursunu Azərbaycanda Odlar Yurdu Universitetinin TÖMER Mərkəzində oxuya bilərlər.

Məzunlara verilən TÖMER sertifikatı Türkiyədə tanınır. C1 dərəcəsi verəcək ilk imtahana 38 tələbə qatılmışdır. İmtahan Ankara Universitetinin nümayəndəsinin iştirakı ilə təşkil edilmişdir. Qeyd edək ki, bu Azərbaycanda ali təhsil müəssisələri arasında yaradılmış ilk mərkəzdir.

TÖMER (Türk dili haqqında sertifikat), Türkiyə universitetlərində türk dilində təhsil almaq istəyən hər bir bakalavr və magistratura namizədinin keçməli olduğu dil imtahanıdır. İmtahan xarici tələbələrin Türkcə dil biliyini yoxlayır. Bakalavr səviyyəsində universitetlər bu imtahanı əsasən qeydiyyatdan sonra tətbiq edir və tələbə bir başa olaraq dərsə 1-ci kursdan başlayır. Magistratura səviyyəsində isə əsasən müraciət tarixində TÖMER sertifikatı tələb olunur.