OYU - loader

“Peşəkar psixoloq necə olmalıdır?” mövzusunda seminar keçirilib

Humel Psixologiya Mərkəzinin təsisçisi və rəhbəri, tanınmış psixoloq Taryel Faziloğlu “Peşəkar psixoloq necə olmalıdır?” mövzusunda Odlar Yurdu Universitetinin tələbə və müəllimlərinə seminar keçib. Seminarda psixoloji işin düzgün qurulması, psixoloqların düzgün analiz etmə qabiliyyətlərinin formalaşdırılması, valideynlərlə işin qurulması və s barədə söhbət aparılıb. Seminar mövzu ətrafında müzakirələrlə davam edib. Psixoloq müəllim və tələbələri maraqlandıran müasir metodların praktikada istifadə edilmə imkanları, şüuraltı iş, ailə problemi, eyni zamanda, onların insan həyatına təsiri kimi sualları cavablandırıb.