OYU - loader

Akademik Zərifə Əliyevanın anadan olmasının 96-cı ildönümü münasibətilə konfrans keçirildi

Odlar Yurdu Universitetində akademik Zərifə xanım Əliyevanın anadan olmasının 96–cı ildönümü münasibətilə elmi-praktiki konfrans keçirilmişdir.

Tədbiri giriş sözü ilə açan Odlar Yurdu Universitetinin rektoru prof. Əhməd Vəliyev görkəmli alimin mənalı ömür yolundan və elmi fəaliyyətindən danışdı. Bildirdi ki, tibb elmində böyük xidmətləri olan görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyeva Azərbaycanın XX əsrdə ən tanınmış alimlərindən və şəxsiyyətlərindən biridir. Alimin Azərbaycanda oftalmologiya elminin inkişafında və dünyada tanıdılmasında müstəsna xidmətləri vardır. Bu səbəbdən də hər il unudulmaz alimin anadan olmasının ildönümü münasibətilə konfrans və digər tədbirlərin keçirilməsi ənənə halını almışdır. Bu isə xeyirxahlıq mücəssəməsi, bütün ömrü boyu insanlara nur və xoşbəxtlik bəxş etmiş Zərifə xanım Əliyevaya xalqımızın dərin hörmətinin ifadəsidir.

Tədbirdə Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvü, vəkil Dilarə Əfrasiyabova və psixoloq Elmir Əkbər məruzələrlə ilə çıxış etmiş və tədbir iştirakçılarının müxtəlif suallarını cavablandırmışlar.

Tədbir tələbələrin çıxışları ilə davam etmişdir.

Sonda Tələbə Elmi Cəmiyyətinin I təhsil ilinin tələbələri arasında il ərzində keçirdiyi “Mənim universitetim” mövzulu və Xarici dil müəllimliyi və Tərcümə ixtisaslarının tələbələri arasında keçirilən “Use your imagination” adlı inşa-yazı müsabiqəsində I yerə layiq görülmüş tələbələr mükafatlandırıldı.