OYU - loader

“Mənim bayrağım-mənim qanunum, mənim azadlığımdır” adlı tədbir keçirilib

Odlar Yurdu Universitetində “Mənim bayrağım mənim qanunum mənim azadlığımdır” adlı tədbir keçirilib.

Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra tədbir açıq elan edildi. Dövlət Bayrağı Gününə həsr olunmuş qısa film nümayiş olunduqdan sonra tələbələrin ifasında Bayraq şeiri səsləndirildi.

Daha sonra Odlar Yurdu Kollecinin tələbələrinin ifasında Bayraq rəqsi nümayiş olundu.

Tədbirdə çıxış edən Odlar Yurdu Universitetinin rektoru professor Əhməd Vəliyev konstitusiyanın cəmiyyətin təhlükəsizliyinin qorunmasında, inkişafa, rifaha nail olunmasında, həmçinin digər cəmiyyətlərlə qarşılıqlı münasibətlər qurmasında əsas vasitə olduğunu bildirərək bu ali qanunvericilik aktının qəbulunu xalqımızın növbəti nailiyyətlərindən, tariximizin ən parlaq hadisələrindən biri kimi qiymətləndirmişdir. O, bildirmişdir ki, İnsan şəxsiyyətinin toxunulmazlığı, layiqli həyat səviyyəsinin təmini, hümanizm və insanpərvərlik prinsipləri Əsas Qanunumuzun başlıca mahiyyətini təşkil edir. Azərbaycan Respublikasının Konstitusiyasında təsbit edilmiş insan və vətəndaşın hüquq və azadlıqlarının prinsipi dövlət hakimiyyətinin bütün sahələrinə ünvanlanaraq onları bu hüquqlarla əlaqələndirir və onlar üçün müəyyən vəzifələr yaradır.

Daha sonra çıxış edən tələbələr bugünkü müstəqilliyimizin təmin olunmasında Ümummilli Lider Heydər Əliyevin apardığı uğurlu və əvəzolunmaz xidmətlərindən danışdılar. Milli dövlətçiliyimizin formalaşması və inkişafında ulu öndərin müstəsna xidməti və əhəmiyyəti olduğu bildirilmiş, əsas konstitusiya qanununun qəbul olunmasından ötən dövrdə Azərbaycanda demokratik və hüquqi dövlət quruculuğu sahəsində böyük uğurların qazanıldığı, mühüm qanunvericilik aktlarının qəbul edildiyi xüsusi vurğulanmışdır.

Sonda inşa-yazı və rəsm müsabiqəsinin qalibləri Fəxri Fərmanla təltif olundular.