OYU - loader

Odlar Yurdu Universitetininin kafedraları tərəfindən təşkil olunan metodik seminarlar davam edir

Metodiki seminarda Biologiya, psixologiya və pedaqoji fənlər kafedrasının müəllimi Elnurə Əsgərovanın “Diqqət əksikliyi. Hiperaktiv pozuntu (impulsivlik)” mövzusunda məruzəsi dinlənilib. Seminarda qeyd olunub ki, diqqət pozğunluğu və hiperaktivlik vəziyyəti uşaqlarda əsasən anadan olduqdan sonra yaranan və xüsusilə 3-4 yaşlarından etibarən büruzə verən, yaşıdlarına və inkişaf dövrü ilə müqayisədə həddən çox hərəkətlilik, bir yerdə dayanmamaq xüsusiyəti ilə birlikdə diqqətin tez dağılması, diqqəti uzun vaxt bir işdə izləyə bilməməsi ilə xarakterizə olunan vəziyyətdir.

Ümumiyətlə bu uşaqlar diqqətini uzun vaxt mərkəzləşdirə bilmir, başladıqları işi sona çatdırmaqda çətinlik çəkir, diqqətin vacib olduğu işlərdən qaçır, əşyalarını tez-tez itirir, gündəlik işlərdə unutqanlıqları vardır ( bu unutqanlıq ağıl səbəbindən yox birbaşa xəstəliyin təbiətindən asılı olan diqqət pozğunluğundan qaynaqlanır), işlərini plansız və başdansovdu edir, əsasən bir işdən basqasına çox tez adlayır, qarşısındakına qulaq asırmış kimi görünür və tez-tez söhbətin mövzusunu dəyişir, etdikləri işlərində diqqət baxımından səhvlər edir.

Seminarda kafedra əməkdaşları ilə yanaşı Tədrisin təşkili və yeni təlim texnologiyaları üzrə prorektor Qabil Qafarov iştirak etmişdir.

Daha sonra məruzə ətrafında geniş müzakirə və fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, növbəti metodik seminarlarda Dillər kafedrasının müəllimi Samirə Vəliyevanın “Müasir ingilis dilində danışıq modellərinin istifadə metodikası”, Ümumi texniki fənlər və mühəndislik kafedrasının müəllimi Ramiz Ələkbərovun “Kafedra əməkdaşlarının elmi-publikatsiyaları”, İqtisadiyyat və iqtisadi münasibətlər kafedrasının müəllimi Babək Feyzullayevin “Turizm marketinqi və otel menecmenti” mövzusunda məruzələri dinlənəcək.