OYU - loader

Xarici universitet nümayəndələri Odlar Yurdu Universitetində bir araya gəldi

Ən qabaqcıl elmi nailiyyətlərdən, innovativ təlim-tədris texnologiyalarından yararlanaraq, ölkəmizdə yeni nəsil mütəxəssislərin yetişdirilməsi, Azərbaycan ali təhsil sisteminin məzmun və keyfiyyət göstəricilərinin beynəlxalq ikili diplom

proqramları ilə müasirləşdirilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı ilə təsdiq edilmiş “2019–2023-cü illər üçün Azərbaycan

Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın icrasının prosesinə dəstək məqsədilə Odlar Yurdu Universitetinin dəvəti əsasında Birləşmiş Krallıq, ABŞ, Almaniya, İngiltərədən müxtəlif universitetlərin nümayəndələri Odlar Yurdu Universitetində qonaq olmuşdur.

Newcastle Universitetini Anna Rechnio, Vermont Universitetini Gayle Nunley, Webster Universitetini Medina Sultanova, James Madison Universitetini Edward Muldoon, Berlin Biznes və İnnovasiya Məktəbini Nelia Halynsak və İngilis Məktəbini isə Tom Payne  təmsil etmişdir. Qonaqları qəbul edən Odlar Yurdu Universitetinin rektoru prof. Əhməd Vəliyev onlara universitet barədə ətraflı məlumat verib. O, xarici ölkələrin ali təhsil ocaqları ilə əməkdaşlıqdan, birgə proqram və layihələrdən, tələbə-müəllim mübadiləsinin mümkünlüyündən bəhs edib. Həmçinin Odlar Yurdu Universitetinin dünyanın tanınmış universitetləri ilə beynəlxalq münasibətlər, texniki araşdırmalar və digər sahələrdə əməkdaşlıqda çox maraqlı olduqlarını bildirib.

Öz növbəsində qonaqlar da Odlar Yurdu Universiteti ilə əməkdaşlıq etmək istədiklərini bildirib və təhsil ocaqları arasında ikitərəfli sıx əlaqələrin faydalı olacağına əminliyini vurğulayıblar. Görüş zamanı universitetlər arasında tələbə mübadiləsi, professor və müəllim heyətinin elmi sahədə ixtisaslarının artırılmasına qarşılıqlı yardım, ikili diplom, qabaqcıl metodlar sahəsində təcrübə mübadiləsi, birgə simpozium, seminar və konfransların təşkili,  ikitərəfli elmi istiqamətlər və qarşılıqlı maraq doğuran layihə və proqramlarda tərəflərin iştirakı barədə müzakirələr aparılıb.

Daha sonra qonaqlar universitetlə, BSB ilə tanış olub və universitetdən xoş təəssüratla ayrılıb.