OYU - loader

“Elmi və pedaqoji xəbərlər jurnalı” növbəti sayı üçün məqalə qəbulu elan edir

Odlar Yurdu Universitetinin təsis etdiyi və Azərbaycan Respublikası Mətbuat və İnformasiya Nazirliyinin lisenziyası əsasında nəşr olunan “Elmi və pedaqoji xəbərlər jurnalı” növbəti sayı üçün Azərbaycan, ingilis və rus dillərində elmi, elmi-publisistik məqalələrin qəbulunu elan edir.

Qeyd edək ki, 2002-ci ildən Ümumrusiya Elmi və Texniki İnformasiya İnstitutunda (ВИНИТИ) şərh olunan (№10211-5335/54-34) və 2003-cü ildə ISSN nömrəsi almış bu jurnal Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən tövsiyə edilən elmi nəşrlər siyahısına daxil edilmişdir.

Məqalələrin yazılışına dair tələblər aşağıdakı kimidir:

Elmlər doktorları və professorlar istisna olmaqla, hər məqalə üçün müvafiq elm sahəsi üzrə elmlər doktorunun rəyi və məqaləni çapa tövsiyə etmiş qurumun (tarix və protokol nömrəsi göstərilməklə) müvafiq iclasından çıxarış təqdim edilməlidir.

Məqalənin mətni Microsoft Word proqramında Times New Roman şrifti ilə yığılmalıdır. Şriftin ölçüsü 12, sətirlərarası interval 1 olmalıdır. Sol və sağ tərəfdən məsafə 2,8 sm, yuxarı və aşağıdan isə 3 sm olmalıdır. Birinci sətirdəki boşluq                  1,25 sm, düstur, rəsm və cədvəllərdə interval məsafələri (yuxarı və aşağıdan) 6 punkt olmalıdır. Şəkillər (rəsmlər) 11 ölçülü rəsmaltı yazılarla müşayiət olunmalı və mətnə skan edilmiş şəkildə (yəni skannerdən keçirilmiş şəkildə) daxil edilməlidir. Cədvəllərdə şriftin ölçüsü 11 olmalıdır. Düsturlar Word Equation redaktorunda yığılmalıdır.

Təqdim olunun məqalə 5-15 səhifə həcmində olmalıdır (buraxılmış yerlər olmadan 9000-27000 işarə). Mətnin qrammatik cəhətdən düzgünlüyü müəllif tərəfindən yoxlanılmalıdır.

Qoşma səhifədə müəllifin adı, soyadı, atasının adı, elmi dərəcəsi (varsa), iş yeri, iş yerinin ünvanı, müəllifin e-mail ünvanı və əlaqə telefonları göstərilməli, habelə əlyazmanın əvvəllər heç bir elmi nəşrdə dərc olunmadığı qeyd olunmalıdır.

 

Ünvan: Bakı şəh. Koroğlu Rəhimov küç. 13

Tel: (+994 55) 860 80 64

E-mail: journal@oyu.edu.az