OYU - loader

“Breyn-rinq” intellektual bilik yarışı üzrə universitet birinciliyi keçirilir

Odlar Yurdu Universitetinin təşkilatçılığı ilə tələbələr arasında “Breyn-rinq” intellektual bilik yarışı  keçirilir. Bilik yarışının təşkil olunmasında əsas məqsəd tələbələrin müxtəlif sahələr üzrə istedad və qabiliyyətinin, dünyagörüşünün, intellektual səviyyəsinin, müzakirə, təhliletmə, nitq, özünü təqdimetmə, kollektivi təmsiletmə qabiliyyətinin inkişafı və İKT-dən istifadə bacarıqlarının üzə çıxarılmasıdır.

Universitetin müxtəlif ixtisaslarında təhsil alan tələbələrdən ibarət komandalar arasında keçirilən “Breyn-rinq” intellektual bilik yarışının 1-ci mərhələsi başa çatıb

1-ci mərhələdə yarış ixtisaslar üzrə  keçirilmişdir. Müsabiqədə ixtisas fənlərini əhatə edən 15 sual və ümumi məntiqi yoxlayan 10 sual olmaqla  cəmi 25 sual təqdim olunmuşdur. Bilik mübarizəsinin sonunda yüksək nəticə əldə edən komandalar növbəti mərhələyə vəsiqə qazanmışdır.