OYU - loader

Odlar Yurdu Universitetində qış imtahan sessiyası başlayıb

Odlar Yurdu Universitetinin bakalavriat və magistratura səviyyələrində qış imtahan sessiyası başlayıb. Sessiya dövründə imtahanların normativ sənədlər əsasında təşkili, tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığın və obyektivliyin təmin edilməsi, imtahanın gedişinə nəzarət, yarana biləcək neqativ halların, münaqişə və şikayətlərin dərhal aradan qaldırılması məqsədi ilə İmtahan Komissiyası yaradılıb. İmtahanların gedişinə nəzarət etmək və birbaşa müşahidəni təmin etmək üçün imtahan otağında müşahidə kameraları və imtahan otağının qarşısında böyük ekran quraşdırılıb. Bununla bərabər universitetdə keçirilən imtahanlarda valideynlərin iştirakı da təmin olunur. İmtahandan əvvəl hər bir tələbə onlar üçün ayrılmış imtahan mərkəzində qış imtahan sessiyasının fənlərinin test sualları ilə tanış olurlar.