OYU - loader

“Özünü dəyiş, Dünyan dəyişsin” adlı layihə həyata keçirilmişdir

Odlar Yurdu Universitetində Azərbaycan Respublikası Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən “Özünü dəyiş, Dünyan dəyişsin!” layihənin icrası baş tutdu. Tədbiri giriş nitqi ilə açan layihə rəhbəri Jalə Bayramova layihə haqda ətraflı məlumat verərək layihənin başlanğıcından sonadək dəstək olan şəxslərə, ən başlıcası Azərbaycan Respublikası Gənclər Fonduna təşəkkürünü bildirdi.

Şüarı “Kitab oxumaq mədəniyyətdir! Siz də kitab oxuyun” olan “Özünü dəyiş, dünyan dəyişsin” adlı layihənin əsas məqsədi gənclərin öz üzərilərində işləmələrini təmin etmək, kitabları daha çox sevdirmək və oxuduğu kitabı təqdim etmək bacarığını inkişaf etdirmək,         kitab oxuyanların necə dəyişdiyini, maarifləndiyini, dünyagörüşlərinin fərqli olduğunu nümayiş etdirməkdir.

Sonda layihə çərçivəsində müxtəlif janrlı əsərlər təqdim edən tələbələr, eyni zamanda iştirakçılar mükafatlandırıldı.