OYU - loader

Odlar Yurdu Universitetində “Gənclərin keçmişə səyahəti” adlı tədbir keçirilib

Odlar Yurdu Universitetində Yeni Azərbaycan Partiyası Nərimanov Rayon Təşkilatının, Nərimanov Rayon Gənclər və İdman İdarəsinin və Odlar Yurdu Universitetinin birgə təşkilatçılığı ilə “2 fevral – Azərbaycan Gəncləri günü” münasibəti ilə “Gənclərin keçmişə səyahəti” adlı tədbir keçirilib.
Tədbirdə Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov, Odlar Yurdu Universitetinin Tədrisin təşkili və yeni təlim texnologiyaları üzrə prorektoru Qabil Qafarov, Yeni Azərbaycan Partiyası Nərimanov Rayon Gənclər Birliyinin sədr müavini Vüsal Əliyev, Odlar Yurdu Universitetinin professor və müəllim heyəti, rayon ərazisində fəaliyyət göstərən ali və orta ixtisas təhsil müəssisələrinin fəal tələbələri iştirak ediblər.
Tədbirdə çıxış edən Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov, Odlar Yurdu Universitetinin Tədrisin təşkili və yeni təlim texnologiyaları üzrə prorektoru Qabil Qafarov, Yeni Azərbaycan Partiyası Nərimanov Rayon Gənclər Birliyinin sədr müavini Vüsal Əliyev ilk öncə Müstəqil Azərbaycan gənclərini bu bayram günü münasibətilə ürəkdən təbrik etdilər, onlara xoşbəxt gənclik, sağlamlıq və uğurlu gələcək arzu etdilər.
Tədbirdə Odlar Yurdu Universitetinin tələbələri tərəfindən hazırlanmış 80-90-cı illərin mahnılarından ibarət konsert proqramı nümayiş etdirilmişdi.
Sonda “2 fevral – Azərbaycan Gəncləri günü” münasibəti ilə “Gənclərin keçmişə səyahəti” adlı tədbirdə yaxından iştirak etdiyinə görə bir qrup gənc təşkilatçılar tərəfindən fəxri fərmanlar ilə təltif olundular.