OYU - loader

Bu gün dahi azərbaycanlının – Lütfi Zadənin doğum günüdür

Yaşasaydı, 99 yaşını qeyd edəcəkdik. Bu gün münasibətilə Odlar Yurdu Universitetinin bir qrup professor-müəllim heyəti dünya şöhrətli riyaziyyatçı alim, Kaliforniyadakı Berkli Universitetinin professoru Lütfi Zadənin məzarını ziyarət etmiş, abidəsi önünə əklil qoymuşdur.

Dünyanın nəhəng alimlərindən biri, bəşər tarixində elmə yanaşmanı dəyişən, elmi nəzəriyyələri ilə inqilab yaradan Lütfi Zadə dünyasını dəyişsə də, onun özü daim xatirələrdə yaşayır.