OYU - loader

OYU-da distant təhsil prosesinə başlanılıb

Dünyanın 90-dan artıq ölkəsində yayılan və çoxlu sayda insanın ölümünə səbəb olan koronavirus xəstəliyinin (COVID-19) Azərbaycanda yayılmasının qarşısının alınması məqsədilə ölkədə bütün təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesi dayandırılmışdır. Təhsilin fasiləsizliyini təmin etmək və təhsil proqramlarını icra etmək məqsədilə Odlar Yurdu Universitetində Distant Təhsil Mərkəzi fəaliyyət göstərir.

Distant təhsil zamanı internet və ya e-poçt vasitəsilə tələbələrə müəllim tərəfindən hazırlanan dərslə əlaqədar tapşırıq mövzuları verilir. Daha sonra verilən tapşırıqlar və sınaqlarla bağlı qiymətləndirmələr aparılır. Tələbələrin hər hansı bir sualı və ya problemi yaranarsa,

Həmçinin universitetdə tədris olunan bütün fənlərə aid 9000-ə yaxın dərsliyin elektron variantı hazırlanaraq elektron kitabxanada yerləşdirilib.

2003-ci ildən fəaliyyət göstərən elektron kitabxana modelinin hazırlanmasında məqsəd tələbələri təhsil prosesində fəallaşdırmaq, onların informasiya-kommunikasiya texnologiyalarından səmərəli istifadə etməsinə, dərslikləri elektron formatda oxumasına imkan yaratmaqdır.