Yaradıcılıq, mədəni layihələr və tədbirlərin təşkili institutu
OYU - loader

Yaradıcılıq, mədəni layihələr və tədbirlərin təşkili institutu

Tələbə gənclər yaradıcılıq və mədəni kütləvi tədbirlər şöbəsinin ən öndə vəzifələrindən biri tələbələrin davranış qaydalarına nəzarət etməsi olması ilə yanaşı, həm də onların asudə vaxtlarının səmərəli təşkili, mədəni-intelektual həyatlarının inkişaf etdirilməsidir. Bu sahədə hər il Odlar Yurdu Universitetində bilik, idman və incəsənət sahələrində bir sıra tədbirlər planı hazırlanaraq həyata keçirilir. Universitetimizin nəzdində yerləşən idman,bilik və məntiq, teatr, radio və televiziya, rəqs, mahnı, rəsm bölmələrinin iştirakı ilə ilk növbədə Dövlət əhəmiyyətli tədbirlər hazırlanıb həyata keçirilir. Bundan əlavə tələbələrimiz rayon, şəhər, respublika tədbirlərində və festivallarında uğurla iştirak edirlər. Elə bu yaxınlarda Nərimanov rayonu icra hakimiyyətinin akt zalında tələbələrimizin iştirakı ilə X.Tağıyevanın ssenarisi əsasında hazırladığı "Son güllə” adlı tamaşanın təqdimatı oldu. Uğurla həyata keçirilən bu tədbirdən sonra Nərimanov rayonu İcra Hakimiyyətinin Başçısı A.Fərzəliyev tələbələrimizə xüsusi təşəkkür etdi. A. Fərzəliyevin sərəncamı ilə əsərin qəhrəmanını oynayan "Jurnalistika" ixtisası 72-ci qrup tələbəsi Əliyeva Leyla ayda 100 manat olmaqla təqaüdə layiq görüldü. 28 Fevral tarixində isə ADNA-da Fövqəladə Hallar Nazirliyinin H. Əliyevin 90 illik yubileyi münasibəti ilə keçirdiyi tədbirdə də "Tərcümə və Pedoqoji" fakültəsinin 930X qrup tələbəsi Abbasova Aysel, 934T qrup tələbəsi İsmayilova Arzu və Biznes və Menecment fakültəsinin 338Dİ qrup tələbəsi Cavadova Xumar uğurla çıxış edərək xüsüsi təşəkkürə layiq görüldülər.