Malatya İnönü Universitetinin rektoru Azərbaycanda
OYU - loader

Malatya İnönü Universitetinin rektoru Azərbaycanda

Malatya  İnönü Universitetinin rektoru professor Dr. Ahmet Kızılay və onun rəhbərlik etdiyi nümayəndə heyətinə Odlar Yurdu Universitetinin təqdimatı keçirilib.

Millət vəkilləri Sona Vəliyeva və Aydın Mirzəzadənin təşəbbüsü ilə Azərbaycanda səfərdə olan Malatya İnönü Universitetinin rektoru və onun rəhbərlik etdiyi nümayəndə heyətinə şam yeməyi ziyafəti verilmişdir. Görüşdə Odlar Yurdu Universitetinin Beynəlxalq Əlaqələr və İnnovasiyalar üzrə prorektoru Dos. Dr. Ceyhun Osmanlı Azərbaycan və Türkiyə arasındakı əməkdaşlığın mühüm əhəmiyyət kəsb etdiyini, bu əlaqələrin iki ölkə arasında təhsilin keyfiyyətinin yaxşılaşdırılmasına da öz töhfəsini verdiyini bildirmişdir.

Görüş zamanı ikitərəfli əməkdaşlıq imkanları, həmçinin birgə layihələrin həyata keçirilməsi, proqramların tərtibatı, iki universitet arasında tələbə mübadiləsi, ikili diplom proqramı və s. barədə müzakirələr aparılıb, bir sıra məsələlərlə bağlı ilkin razılıq əldə olunub.

Azərbaycanda olmaqdan məmnun olduqlarını dilə gətirən qonaqlar Odlar Yurdu Universiteti ilə əməkdaşlıq imkanlarını nəzərdən keçirib, yeni layihələr üzərində işləmək istədiklərini bildiriblər.

Daha sonra bir sıra mühüm mövzular ətrafında fikir mübadiləsi aparılıb.