OYU - loader

Kapadokya Universitetinin nümayəndə heyəti Odlar Yurdu Universitetində

Kapadokya Universitetinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Elif Benveniste və onun rəhbərlik etdiyi nümayəndə heyəti Odlar Yurdu Universitetində qonaq olub. Qonaqları qəbul edən Odlar Yurdu Universitetinin prorektoru Dos. Dr. Ceyhun Osmanlı onlara universitet barədə ətraflı məlumat verib. Görüş zamanı iki universitet arasında tələbə mübadiləsi, professor və müəllim heyətinin elmi sahədə ixtisaslarının artırılmasına qarşılıq yardım, birgə elmi rəhbərlər, ikili diplom, qabaqcıl metodlar sahəsində təcrübə mübadiləsi, birgə simpozium, seminar və konfransların təşkili,  ikitərəfli elmi istiqamətlər və qarşılıqlı maraq doğuran layihə və proqramlarda tərəflərin iştirakı barədə müzakirələr aparılıb.