OYU - loader

Təqaüdlər

Təqaüd, istedadlı və perspektivli gələcəyi olan tələbələrə köməklik etmək və onları həvəsləndirməyə yönəlmişdir. Odlar Yurdu Universitetində aşağıda sadalanmış 8 adlı təqaüd verilir:

  • Ümummilli lider Heydər Əliyevin adına olan təqaüd həm peşəkar sahədə, həm də universitetin və ölkə tələbələrinin ictimai həyatında xüsusi nailiyyətləri olan magistrantlara verilir. 
  • Akademik Zərifə Əliyevanın adına olan təqaüd biologiya və tibb sahəsində təhsil alan tələbələrə verilir. 
  • Əhməd Seyidov adına olan təqaüd təhsil sahəsində ixtisaslaşan tələbələrə verilir.
  • Akademik Səməd Vurğun adına olan təqaüd filologiya və dilçilik sahəsində təhsil alan tələbələrə verilir. 
  • Akademik Fərəməz Maqsudov adına olan təqaüd riyaziyyat sahəsində təhsil alan tələbələrə verilir. 
  • Akademik Mir Cəlal Paşayev adına olan təqaüd ədəbiyyat sahəsində təhsil alan tələbələrə verilir. 
  • Lütfi Zadə adına olan təqaüd kompüter riyaziyyatı sahəsində təhsil alan tələbələrə verilir. 
  • Akademik Vahid Qəhrəmanovun adına olan təqaüd hüquqşünaslıq sahəsində təhsil alan tələbələrə verilir.