OYU - loader

Odlar Yurdu Universitetində görkəmli oftalmoloq alim Zərifə Əliyevanın xatirəsi anıldı

Odlar Yurdu Universitetində akademik Zərifə xanım Əliyevanın anadan olmasının 95-ci ildönümü münasibətilə tədbir keçirilmişdir. Tədbiri giriş sözü ilə açan Odlar Yurdu Universitetinin rektoru prof. Əhməd Vəliyev görkəmli alimin mənalı ömür yolundan və elmi fəaliyyətindən danışmışdır. Bildirmişdir ki, tibb elmində böyük xidmətləri olan görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyeva Azərbaycanın XX əsrdə ən tanınmış alimlərindən və şəxsiyyətlərindən biridir. Alimin Azərbaycanda oftalmologiya elminin inkişafında və dünyada tanıdılmasında müstəsna xidmətləri vardır. Bu səbəbdən də hər il unudulmaz alimin anadan olmasının ildönümü münasibətilə konfrans və digər tədbirlərin keçirilməsi ənənə halını almışdır. Bu isə xeyirxahlıq mücəssəməsi, bütün ömrü boyu insanlara nur və xoşbəxtlik bəxş etmiş Zərifə xanım Əliyevaya xalqımızın dərin hörmətinin ifadəsidir.

Zərifə Əliyevanın həyat və fəaliyyətindən bəhs edən qısa film nümayiş olunduqdan sonra tədbir tələbələrin çıxışları ilə davam etmişdir. Konfransda çıxış edənlər bütün mənalı ömrünü oftalmologiya elminin inkişafına həsr etmiş Zərifə xanım Əliyevanın zəngin elmi irsindən və yüksək insani keyfiyyətlərindən danışdılar.