OYU - loader

Odlar Yurdu Universitetinin tələbəsindən maraqlı ixtira

Gecələr baş verən avtomobil qəzalarının əksəriyyətinə sürücünün sükan arxasında yatması səbəb olur. Odlar Yurdu Universitetinin komputer mühəndisliyi ixtisası üzrə magistratura təhsil alan tələbəsi – Alim Babazadə və onun komandasının hazırladıqları eynək sayəsində bu problem öz həllini tapacaq. Eynək sürücünün sükan arxasında yatmasına imkan verməyəcək. Sürücünün gözü yumulduqda, qurğu 2 saniyədən bir onun yuxudan ayılması üçün xəbərdarlıq siqnalı verir. Bundan sonra məlumatı mobil telefona göndərir və telefon siqnal verərək sürücünü ayıldır.

Bu qurğunun hazırlanmasında məqsəd ağır yol nəqliyyat hadisələrinin qarşısını almaqdır.