“Kiçik janrın böyük ustası” mövzusunda açıq dərs keçirilmişdir
OYU - loader

“Kiçik janrın böyük ustası” mövzusunda açıq dərs keçirilmişdir

Odlar Yurdu Universitetində Dil və Ədəbiyyat müəllimi Fərmanova Səbinə Söhbət qızı “Kiçik janrın böyük ustası” mövzusunda açıq dərs keçirmişdir. Dərsdə  tələbələr Mir Cəlal Paşayevin həyat və yaradıcılığına nəzər yetirmiş, onun əsərlərini təhlil etmiş, müasir günümüzlə əlaqələndirmiş və müzakirələr aparmışlar.

Daha sonra tələbələr tərəfindən hazırlanmış Mir Cəlal Paşayevin həyat və yaradıcılığına həsr olunmuş divar qəzetləri, təqdimat nümayiş olunmuşdur.  Açıq dərs müasir təlim və texnologiyalar əsasında qurulmuşdur.

Açıq dərsdə qeyd olunmuşdur ki, Mir Cəlal Paşayevin XX əsr Azərbaycan elminin, ədəbiyyatının, təhsilinin inkişafındakı xidmətləri danılmazdır. Tələbələri onun ali təhsil auditoriyalarındakı dərin məzmunlu, emosional məruzələrini bu gün də ehtiramla xatırlayır. Dərin bilik, insan psixologiyasını duymaq, zəngin dünyagörüşü, geniş məlumat dairəsi və fəal həyat mövqeyindən qaynaqlanan nəzəri düşüncələri Mir Cəlalın ictimai xadim obrazını daha da zənginləşdirib, kamilləşdirib. M.C.Paşayevin yaşadığı şərəfli ömür nəcib Azərbaycan ziyalısının həyat hekayəsinə çevrilib. Görkəmli yazıçı-alim cismən həyatda olmasa da, onun zəngin yaradıcılığı, sanballı əsərləri daim yaddaşlarda yaşayır.

Məlumat üçün bildirək ki, açıq dərslər Odlar Yurdu Universitetində mütəmadi olaraq keçirilir və tədris ilinin sonuna qədər davam edir. Dərsdən sonra açıq dərsin dəyərləndirilməsi aparılmışdır.