Azərbaycan Respublikası Vergilər Nazirliyinin Tədris Mərkəzi ilə Odlar Yurdu Universiteti arasında Müqavilə imzalanıb
OYU - loader

Azərbaycan Respublikası Vergilər Nazirliyinin Tədris Mərkəzi ilə Odlar Yurdu Universiteti arasında Müqavilə imzalanıb

Azərbaycan Respublikası Vergilər Nazirliyinin Tədris Mərkəzi ilə Odlar Yurdu Universiteti arasında təhsil və elmi-tədqiqat sahələri üzrə qarşılıqlı əməkdaşlıq əlaqələrinin yaradılması və inkişafı məqsədi ilə Müqavilə imzalanıb. Müqaviləni Tədris Mərkəzi adından Mərkəzin rəisi Fərhad Əmirbəyov və Odlar Yurdu Universiteti adından Əhməd Vəliyev imzalayıb.

 Müqavilə Vergilər Nazirliyinin Tədris Mərkəzi və Odlar Yurdu Universiteti ilə birgə vergi ixtisasları üzrə bakalavr və magistr təhsil pillələrində təhsil alan Universitet tələbələrinin Tədris Mərkəzində istehsalat və diplomqabağı  təcrübəsini, tələbələrin buraxılış və magistr dissertasiyası işlərinə rəhbərliyi, onlara elmi rəy vermək üçün əməkdaşların ayrılmasını, birgə elmi-praktik konfransların, olimpiadaların, seminarların, təlimlərin, görüşlərin keçirilməsini, vergi siyasətinin başlıca prinsipi olan vergilərin məcburi yığılmasından könüllü ödənilməsinə keçidin təmin olunması üçün tələbə və magistrlərin vergilər sahəsində maarifləndirməsini və məlumatlandırılmasını, həmçinin bu məqsədlə Universitetdə vergi təbliğatı tədbirlərinin həyata keçirilməsini və tərəflərin birgə əməkdaşlıq münasibətlərini müəyyən edir.