OYU - loader

Odlar Yurdu Universiteti Polşada keçirilən Beynəlxalq Elmi Konfransda tərəfdaş kimi çıxış etmişdir

2001-ci ildən etibarən hər 2 ildə bir dəfə “Soft Computing” texnologiyasına həsr olunmuş Beynəlxalq elmi konfrans keçirilir. Konfransın əsas məqsədi elektrotexnika və informasiya texnologiyalarının müxtəlif istiqamətləri üzrə əldə olunmuş yeni elmi-tədqiqat nəticələrinin təqdim olunması, müvafiq istiqamətlər üzrə dünya universitetləri və elmi təşkilatlar, tədqiqatçılar arasında əməkdaşlığın formalaşması, qabaqcıl təcrübə və elmi ideyaların yayılması, birgə elmi əsərlər, kitablar, monoqrafiyalar, jurnalların nəşri və s. ilə elmi nailiyyətlərin əldə olunmasıdır.

2018-ci il avqust ayının 27-28-də Polşanın Varşava şəhərində qeyri-səlis sistemlərin tətbiqi üzrə 13-cü Beynəlxalq Konfrans (ICAFS-2018) keçirilmişdir. Konfransın işi “Intelligent Systems and Computing” seriyasında Avanslar (Springer publisher, Web of Science'de endekslenen) istiqaməti üzrə olmuşdur. Konfransda tərəfdaş ölkələrin təhsil nazirliyi və universitetlərinin nümayəndələri iştirak etmişdir. Konfransın tərəfdaş universitetləri sırasında ABŞ-ın Berkli Universiteti, Texas Universiteti, Kanadanın Toronto Universiteti, Alberta Universiteti, Vyana Tibb Universiteti, Polşa Polis Akademiyasının elmi–tədqiqat institutu, Türkiyənin Yakın Doğu Universiteti, TOBB İqtisadiyyat və Texnologiya Universiteti, eyni zamanda Azərbaycandan Azərbaycan Dövlət Neft və Sənaye Universiteti və Odlar Yurdu Universiteti təmsil olunmuşdur. Odlar Yurdu Universitetinin rektoru professor Əhməd Vəliyev beynəlxalq proqram komitəsinin üzvü, elmi işlər üzrə prorektoru professor Tərlan Abdullayev təşkilat komitəsinin üzvü seçilmiş, həmçinin universitetin professor-müəllim heyəti və doktorantları konfransda elmi məruzələrlə çıxış etmişdir.