OYU - loader

Odlar Yurdu Universitetinin təmsilçiləri İsveçdə keyfiyyətin təminatı üzrə keçirilən təlimlərdə iştirak etmişdir

İsveçin Kral Texnologiya Universitetində və ən dərin tarixi keçmişə malik olan Uppsala Universitetində  “Azərbaycan Universitetlərində Keyfiyyətə Təminat Mərkəzlərinin Yaradılması və İnkişaf Etdirilməsi (EQAC)” layihəsinin təlimləri baş tutub.

Bakı Biznes Universitetinin koordinatoru olduğu, Avropa Komissiyasının Erasmus+ proqramı çərçivəsində baş tutan layihənin fəal tərəfdaşlarından biri də Odlar Yurdu Universitetidir.

Təlimlərdə Odlar Yurdu Universiteti ilə yanaşı ölkəmizin müxtəlif ali təhsil müəssisələrinin nümayəndələri iştirak edib. Odlar Yurdu Universitetini  Beynəlxalq Əlaqələr və İnnovasiyalar üzrə Prorektor Dos. Dr.Ceyhun Osmanlı və Tyutor Mərkəzinin Rəhbəri, Keyfiyyətin təminatı üzrə mütəxəssis Zaur Məmmədov təmsil etmişdir. Təlimlər zamanı İsveçli ekspertlər keyfiyyətin təminatı ilə bağlı öz təcrübələrini bölüşüb  və bu təcrübənin Azərbaycan universitetlərində tətbiqi ilə bağlı tövsiyyələr veriblər. 

Təlimlər tam praktik modullar əsasında hazırlanaraq, yüksək peşəkarlıqla həyata keçirilmişdir. Təlimlər zamanı universitetlərdəki  mövcud vəziyyət öncədən araşdırılaraq, bençmark sualları əsasında universitetlərin gələcək inkişafına istiqamətlənmiş şəkildə aparılmışdır.

Sonda təlim iştirakçılarına İsveçin Kral Texnologiya Universiteti tərəfindən hazırlanan sertifikatlar təqdim olunub.