OYU - loader

Samara Dövlət Politexnik Universitetinin nümayəndə heyəti Odlar Yurdu Universitetində qonaq olublar

24 sentyabr-1 oktyabr 2018-ci il tarixlərində Samara Dövlət Politexnik Universitetinin rəhbərliyi altında rektor, prorektorlar və bir qrup professor-müəllimlərdən ibarət 23 nəfərlik nümayəndə heyəti Odlar Yurdu Universitetinə səfər etdilər. Heyət üzvləri Azərbaycanı daha yaxından tanımaq məqsədi ilə ölkəmizin əsrarəngiz təbiəti olan bölgələrə, tarixi yerlərə, muzeylərə də səyahət etdilər. Səfərin əsas məqsədi tarixi neft buruqları, neft quyuları, sənaye şirkətləri, neft muzeyi və Azərbaycanın neft tarixini öyrənmək olmuşdur. Milli iqtisadiyyatın inkişafında neft strategiyasının əhəmiyyətli rolunu və onun ölkəmizin sosial-iqtisadi inkişafının prioritet istiqamətlərindən biri olmasını nəzərə alaraq, səfər zamanı Odlar Yurdu Universitetinin təşkilatçılığı ilə qonaqlar “SOCAR”Azneft İstehsalat Birliyi Abşeronneft Neft-Qaz Çıxarma İdarəsinə işgüzar səfər ediblər. Qarşılıqlı müzakirələrdən sonra belə görüşlərin mütəmadi keçirilməsinin vacibliyi vurğulanıb.

Sonda kursu müvəffəqiyyətlə bitirənlər Sertifikat və qiymətli hədiyyələrlə təltif olundular.