OYU - loader

Odlar Yurdu Universitetində TGT və TEC üzrə yeni təyin olunan qrup sədrləri ilə görüş keçirilib

Odlar Yurdu Universitetində TGT və TEC üzrə yeni təyin olunan qrup sədrləri ilə görüş keçirilib. Tədbiri giriş sözü ilə açan Tələbə Elmi Cəmiyyətinin sədri Arzu Cəfərzadə tədbir iştirakçılarının nəzərinə çatdırıb ki, Odlar Yurdu Universitetinin Tələbə Elmi Cəmiyyətinin əsas məqsədi ali təhsilli mütəxəssislərin hazırlanmasının keyfiyyətinin yüksəldilməsinə yönəldilmiş elmi-təşkilati tədbirlərin həyata keçirilməsi, elmi-texniki potensialın qorunub saxlanılması və təhsilalanların elmi tədqiqat fəaliyyətinin yeni sosial-iqtisadi şəraitə uyğunlaşdırılmasında ali təhsil müəssisəsinin işinə kömək etməkdən ibarətdir. Daha sonra çıxış edən Tələbə Gənclər Təşkilatının sədri Səftər Ağayev bildirib ki, təşkilata üzv olan tələbələr, TGT könüllüləri hər zaman universitetin bütün tədbirlərində kifayət qədər aktiv olurlar, eləcə də universitetlərarası yarış və müsabiqələrdə universiteti layiqincə təmsil edirlər. Bundan sonra da tələbələrin bu fəallığını davam etdirəcəklərinə inamını vurğulayıb.

Daha sonra çıxış edən Odlar Yurdu Universitetinin rektoru prof. Əhməd Vəliyev Odlar Yurdu Universitetinin son illərdəki fəaliyyətinə qısa nəzər salaraq, tələbələrin elmi-tədqiqat işlərinə cəlb olunması, elmi axtarışların aparılması və əlaqələndirilməsi vəzifəsinin layiqincə yerinə yetirildiyini qeyd edib. Tələbələri bundan sonra da fəal olmağa çağırıb, onlara uğurlar arzulayıb.

Sonda çıxış edən tələbələr onlara etimad göstərdiyinə görə universitet rəhbərliyinə təşəkkür edib, bu etimadı doğruldacaqlarına söz veriblər.