OYU - loader

Odlar Yurdu Universitetinin rektoru təltif olundu

Odlar Yurdu Universitetinin rektoru prof. Əhməd Vəliyev Azərbaycan Sahibkarlıq, Özəl Elm və Yüngül Sənaye İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin Rəyasət Heyəti tərəfindən Həmkarlar İttifaqının işində yaxından iştirakına görə Fəxri Fərmanla təltif edilmişdir.

Görüşdə iştirak edən Azərbaycan Sahibkarlıq, Özəl Elm və Yüngül Sənaye İşçiləri

Hİ Respublika Komitəsinin sədri Məhəmmədəli Salmanov bildirmişdir ki, Odlar Yurdu  Universiteti təhsil sistemində özünəməxsus dəsti xətti ilə başqalarından  fərqlənən müasir səviyyəli ali təhsil müəssisəsidir. Yarandığı gündən etibarən tədris prosesində ən müasir beynəlxalq texnologiyalardan istifadə etməyə çalışmışdır. Bu istiqamətdə universitet dünyanın bir sıra ölkələri və aparıcı ali təhsil müəssisələri ilə də mühüm əməkdaşlıq müqaviləsi imzalamışdır. Azərbaycanda həm orta, həmdə ali təhsil səviyyəsində müasir təhsil standartlarını öz fəaliyyətinə inteqrə edən Odlar Yurdu Universitetinin bundan sonra da uğurlu fəaliyyətini davam etdirəciyinə inamını vurğulayıb.

Görüş ümumi müzakirələr və fikir mübadiləsi ilə davam edib.