OYU - loader

Abituriyentlərin diqqətinə!

 Abituriyentlər üçün şad xəbər!

Odlar Yurdu Universitetində Hazırlıq Mərkəzində 14 oktyabr tarixində sınaq imtahanı keçiriləcək.

Odlar Yurdu Universitetinin Hazırlıq Mərkəzi abituriyentlər üçün qəbul imtahanlarına, bakalavrlar üçün magistratura imtahanlarına, dövlət qulluğuna hazırlıq məşğələləri təşkil edir və Dövlət İmtahan Mərkəzi (DİM) və Təhsil Nazirliyinin təsdiq edilmiş qəbul proqramı əsasında aparılır.

 

Bizi digər hazırlıq kurslarından fərqləndirən üstünlüklərimiz:

 

  • Odlar Yurdu Universitetinin hazırlıq fakultəsində dərslər təcrübəli və öz sahəsində peşəkar olan müəllimlər tərəfindən həyata keçirilir.
  • Sınaq imtahanlarında 600-dən yüksək bal toplayan abituriyentlərə ödənişsiz təhsil imkanı və təqaüd verilir;
  • Hər bir şagirdə fərdi yanaşma üsulu tətbiq olunur;
  • Abituriyentlər tətil vaxtlarında dərs oxuma kamplarına cəlb edilir;
  • Həftəlik və aylıq sınaq imtahanları vasitəsilə şagirdlərin bilik səviyyəsi yoxlanılır;
  • Valideynlərlə əlaqə saxlanılır və onlar mütəmadi olaraq məlumatlandırılır;
  • Zəif şagirdlər üçün əlavə məşğələlər keçirilir;

Qeydiyyatdan keçməyə tələsin!