OYU - loader

Odlar Yurdu Universiteti Erasmus layihəsində uğurla iştirak edir

Odlar Yurdu Universiteti Erasmus layihəsində uğurla iştirak edir

Odlar Yurdu Universiteti tərəfdaşı olduğu Avropa  Komissiyası tərəfindən maliyyələşdirilmiş Azərbaycan Universitetlərində Keyfiyyət təminatı Mərkəzlərinin yaradılması və inkişaf etdirilməsi adlı Erasmus+ layihəsi iştirakçılarının növbəti toplantısında uğurla iştirak etmişdir. Görüşün məqsədi Avropa ekspertləri tərəfindən layihədə tərəfdaş olan Azərbaycan Universitetlərinin hazırladığı Özünü Dəyərləndirmə hesabatlarının təhlili, Azərbaycan universitetlərində Keyfiyyət təminatının cari vəziyyətinin müzakirəsi, yekun hesabatların hazırlanmasıdır.

Eyni zamanda Avropanın 5 universiteti o cümlədən, İspaniyanın Alikante Universiteti, İngiltərənin Middlesex Universiteti, Litvanın SMK Tətbiqi Elmlər Universiteti və EKT Akkreditasiya Təşkilatı, İsveçdən KHT Kral Texnologiya İnstitutu  və Azərbaycanda fəaliyyət göstərən bütün universitetlərin nümayəndələrinin iştirakı ilə layihənin genişmiqyaslı Məlumatlandırılma Günü keçirilmişdir. Tədbirdə Bakı Biznes Universiteti tərəfindən “Azərbaycan Universitetlərində Keyfiyyət Təminatı Mərkəzlərinin yaradılması və İnkişafı” (EQAC) layihəsi haqqında ətraflı məlumat verilmiş, həmçinin Avropa expertlərinin iştirakı ilə Azərbaycan Universitetlərinin Avropa Komissiyası tərəfindən maliyyələşdirilmiş Qrant proqramlarında iştiraklarının lazımı səviyyədə olmaması, bu sahədə olan problemlər və onların həlli yolları müzakirə olunmuşdur. Avropa universitetləri ilə layihələr ətrafında fikir mübadiləsi aparılmış, universitetlərdə yeni layihə komandalarının yaradılması barədə təkliflər irəli sürülmüş, təqdim olunan layihələrin sayının artırılması və Avropa universitetləri tərəfindən yazılan layihələrdə Azərbaycan universitetlərinin iştirakının təmin olunması məsələləri müzakirə edilmişdir.

Təlimlərdə Odlar Yurdu Universiteti ilə yanaşı ölkəmizin müxtəlif ali təhsil müəssisələrinin nümayəndələri iştirak edib. Odlar Yurdu Universitetini  Beynəlxalq Əlaqələr və İnnovasiyalar üzrə Prorektor Dos. Dr.Ceyhun Osmanlı və Tyutor Mərkəzinin Rəhbəri, Keyfiyyətin təminatı üzrə mütəxəssis Zaur Məmmədov təmsil etmişdir.