OYU - loader

OYU-da İxtisasa giriş fənnindən açıq dərs keçirilmişdir

OYU-da İxtisasa giriş fənnindən açıq dərs keçirilmişdir

Odlar Yurdu Universitetində Biologiya, Psixologiya və Pedaqoji fənlər kafedrasının müəllimi Kosayeva Aytəkinin İxtisasa giriş fənnindən açıq dərsi keçirilmişdir. Açıq dərsdə Biologiya, Psixologiya və Pedaqoji fənlər kafedrasının müdiri Dos. Tamilla Kərimova, ümumi işlər üzrə prorektor Aqil Məmmədov, tədris işləri üzrə prorektor Prof. Novruz Zeynalov, Beynəlxalq əlaqələr və innovasiyalar üzrə prorektor Dos. Ceyhun Osmanlı, Birləşmiş Fakültələr Departamentinin rəhbəri Dos. Aynurə Qurbanova və kafedranın müəllimləri iştirak etmişdir.

Məlumat üçün bildirək ki, açıq dərslər Odlar Yurdu Universitetində mütəmadi olaraq keçirilir və tədris ilinin sonuna qədər davam edir. Dərsdə tələbələr müasir təhsil müəssisəsində psixoloji biliklərdən diaqnostika, profilaktika, korreksiya, konsultasiya və və digər məqsədlər üçün kompleks istifadəni nəzərdə tutan aktual məsələləri nəzərdən keçirmiş, mövcud dərsliklərə və digər mənbələrə əsaslanaraq  fənnin xüsusiyyətləri və tədris prosesində onlardan istifadə qaydaları barədə müzakirələr aparmışlar.

Sonda dərsin dəyərləndirilməsi aparılmışdır.