Az En Ru Tr

Magistr Səviyyəsi üzrə Biznesin idarə edilməsi

Magistr Səviyyəsi üzrə Biznesin idarə edilməsi


     Magistratura üzrə - MBA proqramı dünyada geniş yayılmış və yeni dünyəvi biznes idarəçiliyi sahəsində xüsusi yeri olan bir proqramdır. Biznesin idarəolunması üzrə magistr dərəcəsi biznes mühitində çalışanlar və bu sahədə çalışmaq istəyənlər üçün çox lazımlı dərəcədir.
     2003-cü ildən başlayaraq, Odlar Yurdu Universitetində ABŞ, Avropa, Türkiyə və Gürcüstan universitetləri ilə əməkdaşlıq çərçivəsində Qərb standartlarına uyğun magistr kursları açılmış və hal-hazırda bu iş uğurla davam etdirilməkdədir. Müqavilə əsasında təşkil olunmuş MBA proqramı üzrə birgə kadr hazırlığı proqramı dünya biznes mühitinə daxil olmaq üçün yeni imkanlar yaradır. Proqramın əsas üstünlükləri ondan ibarətdir ki, istənilən ixtisas üzrə bakalavr pilləsini bitirmiş tələbələr təhsillərini MBA proqramında davam etdirmək üçün sənəd vermək imkanları var.
     Proqramın Azərbaycanda professional şəkildə fəaliyyət göstərməsi üçün proqramda iştirak edəcək müəllim heyətinin illər üzrə xaricdə təhsil alaraq xüsusi ixtisaslaşdırma və təkmilləşdirmə proqramlarında iştirak etmiş və xaricdən dəvət olunmuş tədris prosesini həyata keçirir.
     Magistratura üzrə - MBA proqramında Lincoln Universiteti ilə Odlar Yurdu Universitetinin birgə hazırladığı tədris planı əsasında həyata keçirilir. Bütün dərsləri Lincoln Universiteti ilə Odlar Yurdu Universiteti tərəfindən seçilmiş yerli və xarici müəllimlər tədris edir.
     MBA proqramında təhsil azərbaycan, ingilis və rus dillərində aparılır.

Xəbərlər Tədbirlər Elanlar