Az En Ru Tr

Doktorantura və Dissertanturaya qəbul qaydaları

Doktorantura və Dissertanturaya qəbul qaydaları

Doktoranturaya qəbul
      Doktoranturada təhsilalma əyani (istehsalatdan ayrılmaqla) və qiyabi (istehsalatdan ayrılmamaqla) formalar üzrə həyata keçirilir.

      Fəlsəfə doktoru proqramı üzrə doktoranturaya ali təhsili olan (ali təhsil pilləsinin magistratura səviyyəsini bitirən, yaxud təhsili ona bərabər tutulan) şəxslər müsabiqə əsasında qəbul olunurlar.

      Doktoranturaya qəbul olmaq istəyən şəxslər nəzərdə tutulan elmi rəhbər müsahibə keçirir və rəhbərliyi həyata keçirmək barədə razılıq və ya imtina qərarını yazılı surətdə qəbul komissiyasına təqdim edir. İmtina olunduğu halda digər elmi rəhbər təklif edilir.

     Qəbul komissiyası nəzərdə tutulan rəhbərin rəyi və təqdim edilən digər sənədlər əsasında imtahanlara buraxılmaq haqqında qərar qəbul edir və bu barədə bir həftədən gec olmayaraq iddiaçıya bildiriş göndərir.

 


Dissertantlıq yolu ilə təhsil üçün qəbul

      Doktorantura təhsilinin həyata keçirilməsi dissertantlıq (dissertantura) yolu ilə də reallaşdırılır. Dissertantlıq yolu ilə “Fəlsəfə doktoru” elmi dərəcəsi almaq hüququna ali təhsilli (ali təhsil pilləsinin magistratura səviyyəsini bitirən, yaxud təhsili ona bərabər tutulan), müvafiq tədqiqat sahəsində müəyyən müvəffəqiyyətləri olan ali təhsil müəssisələrinin, elmi və digər təşkilatların elmi və elmi-pedaqoji kadrları malikdirlər.

     Dissertant kimi təhkim olunmaq istəyən şəxslər, bir qayda olaraq, elmi və elmi-pedaqoji iş stajına malik olmalıdırlar.

     Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin doktoranturada və dissertantlıq yolu ilə təhsil almaq hüququ

      Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin doktoranturada və dissertantlıq yolu ilə təhsili Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq hüquqi və fiziki şəxslərin birbaşa bağladıqları müqavilələr əsasında həyata keçirilir.

     Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin doktoranturada və dissertantlıq yolu ilə təhsili ödənişli əsaslarla aparılır.

Qəbul imtahanları
     Doktoranturada və dissertantlıq yolu ilə “fəlsəfə doktoru” elmi dərəcəsi üzrə təhsil almaq üçün qəbul olmaq istəyənlər ixtisas fənnindən, xarici dildən (rus dili istisna olmaqla, seçim sərbəst və ya ixtisasa uyğun olmalıdır) və fəlsəfədən ali təhsil pilləsinin magistratura səviyyəsi üçün qüvvədə olan tədris proqramları həcmində qəbul imtahanları verirlər.

      Bərabər ballar toplandığı halda, müsabiqədə ixtisas fənnindən daha yüksək qiymət alan və çap edilmiş elmi əsərləri olan şəxslərə üstünlük verilir.

Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər fəlsəfə doktoru üzrə doktoranturada və dissertantlıq yolu ilə təhsil müddətində “Azərbaycan dili” fənnindən əlavə doktorluq imtahanı verirlər.

Təqdim olunan sənədlər
      Odlar Yurdu Universitetində Doktoranturaya və dissertantlıq yolu ilə təhsil almağa qəbul üçün aşağıdakı sənədlər təqdim edilir:

  • ərizə (müəssisənin rəhbərinin adına);
  • kadrların şəxsi-qeydiyyat vərəqi;
  • tərcümeyi-hal;
  • 2 ədəd fotoşəkil (3x4 sm ölçüdə);
  • iş yerindən xasiyyətnamə;
  • əmək kitabçasından çıxarış (iş stajı olanlar üçün);
  • çap olunmuş elmi işlərin siyahısı və ya seçilmiş ixtisas üzrə referat;
  • ali təhsil müəssisəsini bitirmək haqqında diplomun müvafiq qaydada təsdiq edilmiş surəti (xarici ölkələrdə təhsil almış Azərbaycan Respublikasının vətəndaşları üçün təhsil haqqında sənədlərin tanınması haqqında şəhadətnamə);
  • şəxsiyyəti təsdiq edən sənədin surəti.

     Xarici dövlətlərdə təhsil almış əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün ali təhsil haqqında diplomun notarial qaydada təsdiq edilmiş surəti və diplomun tanınması haqqında şəhadətnamə təqdim edilməlidir.

Xəbərlər Tədbirlər Elanlar