Az En Ru Tr

Adlı Təqaüdlər

Adlı təqaüd, istedadlı və perspektivli gələcəyi olan tələbələrə köməklik etmək və onları həvəsləndirməyə yönəlmişdir. Odlar Yurdu Universitetində aşağıda sadalanmış 9 adlı təqaüd verilir:

- Ümummilli lider Heydər Əliyevin adına olan təqaüd həm peşəkar sahədə, həm də universitetin və ölkə tələbələrinin ictimai həyatında xüsusi nailiyyətləri olan magistrantlara verilir.

- Akademik Zərifə Əliyevanın adına olan təqaüd biologiya və tibb sahəsində təhsil alan tələbələrə verilir.

- Əhməd Seyidov adına olan təqaüd təhsil sahəsində ixtisaslaşan tələbələrə verilir.

- Akademik Səməd Vurğun adına olan təqaüd filologiya və dilçilik sahəsində təhsil alan tələbələrə verilir.

- Akademik Fərəməz Maqsudov adına olan təqaüd riyaziyyat sahəsində təhsil alan tələbələrə verilir.

- Akademik Mir Cəlal Paşayev adına olan təqaüd ədəbiyyat sahəsində təhsil alan tələbələrə verilir.

- Lütfi Zadə adına olan təqaüd kompüter riyaziyyatı sahəsində təhsil alan tələbələrə verilir.

- Akademik Vahid Qəhrəmanovun adına olan təqaüd hüquqşünaslıq sahəsində təhsil alan tələbələrə verilir.

Xəbərlər Tədbirlər Elanlar