Az En Ru Tr

Tələbə gənclər yaradıcılıq və mədəni kütləvi tədbirlər şöbəsi

Tələbə gənclər yaradıcılıq və mədəni kütləvi tədbirlər şöbəsiTələbə gənclər yaradıcılıq və mədəni kütləvi tədbirlər şöbəsiTələbə gənclər yaradıcılıq və mədəni kütləvi tədbirlər şöbəsi

Tələbə gənclər yaradıcılıq və mədəni kütləvi tədbirlər şöbəsinin ən öndə vəzifələrindən biri tələbələrin davranış qaydalarına nəzarət etməsi olması ilə yanaşı, həm də onların asudə vaxtlarının səmərəli təşkili, mədəni-intelektual həyatlarının inkişaf etdirilməsidir. Bu sahədə hər il Odlar Yurdu Universitetində bilik, idman və incəsənət sahələrində bir sıra tədbirlər planı hazırlanaraq həyata keçirilir. Universitetimizin nəzdində yerləşən idman,bilik və məntiq, teatr, radio və televiziya, rəqs, mahnı, rəsm bölmələrinin iştirakı ilə ilk növbədə Dövlət əhəmiyyətli tədbirlər hazırlanıb həyata keçirilir. Bundan əlavə tələbələrimiz rayon, şəhər, respublika tədbirlərində və festivallarında uğurla iştirak edirlər. Elə bu yaxınlarda Nərimanov rayonu icra hakimiyyətinin akt zalında tələbələrimizin iştirakı ilə X.Tağıyevanın ssenarisi əsasında hazırladığı "Son güllə” adlı tamaşanın təqdimatı oldu. Uğurla həyata keçirilən bu tədbirdən sonra Nərimanov rayonu İcra Hakimiyyətinin Başçısı A.Fərzəliyev tələbələrimizə xüsusi təşəkkür etdi. A. Fərzəliyevin sərəncamı ilə əsərin qəhrəmanını oynayan "Jurnalistika" ixtisası 72-ci qrup tələbəsi Əliyeva Leyla ayda 100 manat olmaqla təqaüdə layiq görüldü. 28 Fevral tarixində isə ADNA-da Fövqəladə Hallar Nazirliyinin H. Əliyevin 90 illik yubileyi münasibəti ilə keçirdiyi tədbirdə də "Tərcümə və Pedoqoji" fakültəsinin 930X qrup tələbəsi Abbasova Aysel, 934T qrup tələbəsi İsmayilova Arzu və Biznes və Menecment fakültəsinin 338Dİ qrup tələbəsi Cavadova Xumar uğurla çıxış edərək xüsüsi təşəkkürə layiq görüldülər.
Tələbələrimiz hər il Təhsil Nazirliyinin və Gənclər İdman Nazirliyinin keçirdiyi festivallarda çox böyük uğurlar qazanaraq Universitetlərin sıralanmasında əldə etdikləri nailiyyətlərə görə ən öndə dururlar. Əsas uğurlarımız aşağıdakılardır:

Gənclər və İdman Nazirliyinin respublika ali təhsil müəssisələri arasında keçirdiyi tələbələrin yaradıcılıq festivalı

2007-ci il
1.Pantomimo teatrı nominasiyası üzrə -I yer
2.Şən və hazırcavablar komandası- II yer
3.Estrada üzrə- I yer
4.Xalq mahnıları üzrə - II yer
5.Vokal- I yer
6.Xor- II yer

2008-ci il
1. Pantomimo teatrı nominasiyası üzrə -I yer
2. Müasir rəqs -III yer
3. Bəstəkar mahnısı- I yer
4. Bədii qiraət-I yer
5. Bədii qiraət – II yer
6. Vokal -I yer

2009-cu il
1.Vokal -I yer
2. Müasir rəqs – II yer
3.Bədii qiraət -II yer
4. Estrada -I yer
5.Bal rəqsi -I yer
6.Xalq mahnıları-II yer
7.Pantomimo teatrı nominasiyası üzrə -I yer
8.Bəstəkar mahnısı -I yer

2010-cu il
1.Müasir rəqs- I yer
2.Estrada -I yer
3.Milli rəqs (solo)-I yer
4.Muğam -I yer
5. Pantomimo teatrı nominasiyası üzrə -I yer
6.Vokal -II yer
7.ŞHK- III yer

 2011-ci ildə Gənclər və İdman Nazirliyinin keçirdiyi Beynəlxalq festival

1.Xalq mahnıları üzrə -I yer
2.Muğam üzrə -I yer
3.Müasir rəqs üzrə-I yer

2012-ci il
1. Bal rəqsləri üzrə -I yer
2. Muğam, xalq mahnıları-I yer
3. Vokal -I yer
4. Pop, estrada -I yer
5. Müasir rəqs -I yer


Təhsil Nazirliyinin keçirdiyi Heydər Əliyevin doğum gününə həsr olunmuş Tələbələrin yaradıçılıq festivalı

2009-cu il
1.Vokal -I yer
2. Bədii qiraət -I yer
3.Müəllif şerləri -I yer
4.Milli rəqs solo -I yer
5.Müasir rəqs -II yer
6.Bal rəqsi-II yer
7.Xor -II yer

2010-cu il
1.Muğam xalq mahnıları I yer
2.Bal rəqsləri-I yer
3. Milli rəqs solo -I yer
4.Müasir rəqs II yer
5.Bədii qiraət-I yer
6.Xor -2-ci yer
7.Vokal -I yer

2011-ci il
1.Muğam xalq mahnıları I yer
2.Bədii qiraət II yer
3.Vokal qrupu- II yer
4.Müəllif şeri-I yer

2012-ci ilin yayında "Biznes və menecment" fakültəsinin II kurs tələbəsi Nərimansoy Lamiyə Soçi şəhərində keçirilən Beynəlxalq festivalda Respublikamızı vokal janrı üzrə təmsil edərək I yeri əldə etmişdir.
2007-ci ildə "Biznes və menecment" fakültəsinin IV kurs tələbəsi Hacıyev Nahid gənc yazar kimi, jurnalistika ixtisasının IV kurs tələbəsi Qismət Rüstəmov isə gənc şair kimi prezident təqaüdünə layiq görülüblər.
2010-cü ildə respublika ali təhsil məktəbləri arasında keçirilən İqor Makayevin xatirəsinə həsr olunan dama turnirində, 30 ali təhsil müəssisəsindən 60 tələbənin iştirak etdiyi yarışda OYU tələbələri 3 yerdən I və II yerlərin sahibləri olmuşdur. Yarışın iştirakçıları Bünyad Bayramov və Ramil Əliyev olmuşdur.

ABŞ-ın ümumdünya "Titan” virtual iqtisadiyyat yarışında universitetin tələbələri 538-ci qrup tələbələri Alxaszadə Nicat və Həmidzadə Vəfadar Respublika birinciləri olaraq Dünya üzrə Universitetimizi təmsil edərək 4 ən yaxşı iqtisadçılar sırasında olublar.
2010-cu il 15 iyun milli qurtuluş günü münasibət ilə Bakı şəhəri ali təhsil müəssisələri arasında keçirilən futbol turnirində komandamız I yeri tutub.
"Tərcümə və pedaqoji" fakultəsinin 930T  qrup tələbəsi Aşurəliyev Ülvü Təhməz oğlu 2009/2010-cu ildə Heydər Əliyev adına mini futbol üzrə universitetlərarası çempionatda ən yaxşı qapıçı adına layiq görülmüşdür. Respublika üzrə Azərbaycan yığma komandasına dəvət alıb. Yığma komandanın tərkibində Avropa və Dünya çempioanatında iştirak etmək hüququ qazanmışdır.

Gənclər və İdman Nazirliyinin və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının təşkil etdiyi Peytnbol hərbi idman yarışında universitetimizin komandası 2-ci dəfə yarışın qalibi olub. Qeyd edim ki, yarış 2-ci dəfə keçirilirdi. Hər ikisində də komandamız 1-ci yri əldə etmişdir. Bütün ali təhsil müəssisələrinin iştirak etdiyi yarışda fəxri fərman və kuboku komandamıza Gənclər və İdman Nazirinin müavini İntiqam Babayev təqdim etmişdir.
Yarışda iştirak edən tələbələr: " Tərcümə və Pedoqoji" fakültəsinin 68-ci qrup tələbələri Arif Pənahov, Vüsal Hüseynov, tərcümə və Pedaqojı fakültəsinin tələbələri Anar Musayev, Təbriz Familzadə,Orxan Əliyev, Riyaziyyat, informatika və texniki fakültəsinin tələbələri Kənan Həziyev, Elvin Əlləzov, Biznes və menecment fakültəsinin tələbəsi Əlisoy Ayxan.
Odlar Yurdu Universitetininin beynəlxalq münasibətlər fakultəsinin 154BM qrup tələbəsi Nəcəfova Ayna Bakı şəhəri üzrə Təhsil idarəsinin təşkil etdiyi ümummilli lider Heydər Əliyevin anadan olmasınını 85-ci ildönümünə həsr olunmuş, Bakı şəhəri ali məktəbləri arasında keçirilmiş müsabiqədə birinci yerə layiq görülmüşdür.Eləcə də Respublika tələbələri arasında keçirilmiş "Qadın hüquqları” mövzusunda məqalə müsabiqəsində I yeri əldə etmişdir.
"Tərcümə və Pedaqoji" fakültəsinin I kurs tələbəsi Arzu İsmayılova Azərbaycan 2012 Avroviziya müsabiqəsinin milli seçim turunda iştirak edərək 5 finalçıdan biri olmuşdur. 2013-cü ildə isə "Tərcümə və Pedaqoji" fakültəsinin V kurs tələbəsi Əliyeva Rəvanə finala vəsiqə qazanmışdır.


Xəbərlər Tədbirlər Elanlar