Az En Ru Tr

Magistratura pilləsi və MBA proqramı

Magistratura pilləsi:

Magistr pilləsində və MBA proqramında qəbul olduğu ixtisasdan asılı olmayaraq, magistrantlar öz istəklərinə görə azərbaycan, rus və ingilis bölmələrində, həmçinin əyani yaxud qiyabi formada təhsil ala bilərlər. Magistrantların ingilis dili səviyyəsini nəzərə alaraq əlavə intensiv ingilis dili hazırlığı təşkil olunur. Magistratura və MBA proqramında təhsil dövlət hesabına maliyyələşmə və ödənişli əsaslarla həyata keçirilir.

2017/2018-cü tədris ili üçün Magistratura pilləsi üzrə tələbə qəbulu aparılacaq ixtisaslar:

1. Azərbaycan Dili Və Ədəbiyyat Müəllimliyi
2. Xarici Dil Müəllimliyi
3. Biologiya Müəllimliyi
4. Filiologiya
5. Beynəlxalq Münasibətlər
6. Dünya İqtisadiyyati
7. Maliyyə
8. Biznesin İdarə Edilməsi
9. Neft-Qaz Mühəndisliyi:
10. Kompüter Mühəndisliyi
11. İnformasiya Texnologiyalari Və Sistemləri Mühəndisliyi


Magistratura pilləsi üzrə Biznesin idarəedilməsi proqramı - MBA (Master of Business Administration):

1. Dünya İqtisadiyyati
2. Maliyyə
3. Menecment (Sahələr Üzrə)
4. Marketinq (Sahələr Üzrə)
5. Biznesin İdarə Edilməsi
6. İnformasiya Texnologiyalari Və Sistemləri Mühəndisliyi

Qeyd: Bitirdiyi ixtisasdan asılı olmayaraq ali təhsil almış bütün məzunlar MBA Proqramı üzrə təhsil almaq hüququna malikdirlər.

Xəbərlər Tədbirlər Elanlar