Az En Ru Tr

Əlavə Təhsil və Kurikulum Mərkəzi

Əlavə Təhsil və Kurikulum Mərkəzi • Mərkəzin fəaliyyətində əsas məqsəd respublikada əlavə təhsil və kurikulumun vəziyyəti haqqında məlumat toplamaq, onu təhlil edib, vəziyyətin yaxşılaşdırılması üçün təkliflər irəli sürmək, əlavə təhsil və kurikulum sisteminin vacib proseslərinin inkişafına dair qısa müddətli və strateji proqnozlar vermək, bu sahədə təhsil xidmətlərinin təmin olunması üçün mexanizm işləyib hazırlamaq, idarəetmənin səmərəliliyinin müəyyən edilməsi və qiymətləndirilməsi ilə əlaqədar tədqiqat işlərini yerinə yetirmək, universitet üzrə verilmiş tapşırıqların icrasını təmin etməkdir.
• Mərkəzin işinin əsas məzmunu ölkədə təhsil islahatları proqramları ilə əlaqədar yaranmış problemlərin öyrənilməsi nəticəsində işçi mexanizmlərin tətbiqi imkanlarına uyğun diplomdan sonrakı təhsilin səviyyəsinin yüksəldilməsi üçün əsas istiqamətlərin müəyyən olunmasına xidmət etməkdir.
• Mərkəz, universitetin digər şöbə və kafedraları ilə birgə fəaliyyət göstərir.
• Mərkəz universitetin perspektiv iş planına uyğun tərtib olunmuş və rektor tərəfindən təsdiq edilmiş plan (müqavilə) əsasında fəaliyyət göstərir və vaxtaşırı rəhbərlik qarşısında hesabat verir.

Kurikulum təlimlərinə hazırlıq kursu

Xəbərlər Tədbirlər Elanlar